Ukraynada neft anbarı partladılıb: Güclü yanğın başlayıb - VİDEO


Ukraynanın şimal şərqində yerləşən Sumı vilayətinin Axtırka şəhərində neft anbarında güclü partlayış baş verib.  

Bu barədə Sumı vilayətinin regional dövlət administrasiyasının rəhbəri Dmitri Jivitski öz “Telegram” kanalında məlumat verib.

O qeyd edib ki, neft anbarı Rusiya ordusunun hücumu nəticəsində partladılıb.

O, həmçinin əlavə edib ki, hadisə yerində güclü yanğın başlayıb.