Ukrayna SQ Xersonda "Pantsir" ələ keçirib - VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus "Pantsir" Zenit-Raket Kompleksini (ZRK) ələ keçirib.
Ordu.az xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.
Məlumata görə, ZRK Xerson vilayətində ələ keçirilib.
Qeyd edək ki, “Pantsir-S1” orta mənzilli ZRK-dır. Rusiyada KBP Dizayn Bürosunun bir hissəsi olan “Şçeqlovskaya Zaseka” tərəfindən hazırlanıb. Yük maşınlarına quraşdırılmış ZRK təyyarələri, PUA-ları və qanadlı raketləri vurmaq üçün istifadə edilir.