ABŞ-ın Belarusdakı səfirliyi fəaliyyətini dayandırıb

ABŞ-ın Belarusdakı səfirliyi fəaliyyətini dayandırıb.
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Belarus üzrə xüsusi elçisi Culia Fişer "Twitter"də bildirib.
O qeyd edib ki, səfirliyin bütün personalı Belarusu tərk edib: 

“Belarusun Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakı rejimin suveren qərar qəbul etmə qabiliyyətini itirdiyini göstərdi: 

“Belarus hakimiyyəti ABŞ səfirliyinin Belarus xalqı ilə işləmək və Amerikanın maraqlarını müdafiə etmək imkanlarını məhdudlaşdırmaq üçün bir sıra düşmənçilik tədbirləri həyata keçirib”.

USAİD-in Belarusdakı ofisi və Minskdəki ABŞ mədəniyyət mərkəzinin bağlanması xatırladılıb: “Belarus xalqına sadiqliyimiz davam edir.
  Biz demokratiya, qanunun aliliyi və hesabatlılığı təşviq edənlərə dəstəyimizi Vaşinqton, Nyu-York, Vyana, Vilnüs, Varşava və digər diplomatik postlardan davam etdirəcəyik”.