“Azərbaycan ABŞ-la əməkdaşlığı genişləndirəcək”

Azərbaycanın Xarici İşlər Nazirliyində Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.Bu barədə Azərbaycan   XİN-nin  “Twitter” səhifəsində məlumat dərc edilib.Məlumatda qeyd olunub : “Bu münasibətlə Amerika Birləşmiş Ştatlarının hökumətinə və xalqına ən xoş arzularımızı bildiririk. Azərbaycan və ABŞ arasında əlaqələrin daha da möhkəmlənməsini arzu edirik”.Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iştirak edib.


Millət vəkili Asim Mollazadə hazırkı ABŞ-Azərbaycan münasibətlərindən “sherg.az”a danışarkən bildirib ki,30 il ərzində bizim ilə çoxşaxəli əməkdaşlığımız olub:

“Biz bu əməkdaşlığı irəliləyən illərdə daha da uğurla davam etdirə biləcəyik.Çünki, Azərbaycanın xarici siyasət strategiyası məhz əməkdaşlıq və tərəfdaşlıq üzərində qurulub”. Millət vəkilinin sözlərinə görə,Azərbaycan Ağ Evlə əməkdaşlığını  bundan sonra daha da genişləndirəcək.

Qeyd edək ki, Azərbaycan və ABŞ arasında diplomatik münasibətlər 1992-ci il fevralın 28-də qurulub.ABŞ-nin Bakıda səfirliyi isə 1992-ci il martın 17-də açılıb.