Conson Ukraynaya daha çox hərbi yardım göndərəcəklərini bildirib

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün günortadan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə "Downing Street"dən bildirilib.

Qeyd olunub ki, Zelenski Baş nazirə Rusiya işğalına qarşı Ukraynanın davamlı müqaviməti barədə məlumat verib.

Baş nazir onun və Ukrayna xalqının şücaətini yüksək qiymətləndirib.

Liderlər mülki şəxslərə, o cümlədən uşaqlara qarşı həyata keçirilən hava hücumlarını qəti şəkildə pisləyiblər.

Baş nazir Prezident Zelenskiyə Böyük Britaniyanın Ukraynaya göndərilən hərbi dəstəyi haqqında məlumat verib. Boris Conson yaxın saatlarda və günlərdə daha çox yardım göndərməyi öhdəsinə götürüb.