Ukrayna gözəli işğala qarşı...


"Sərhədimizi keçən hər kəs öldürüləcək!"

   Ukrayna gözəli Anastasiya Lenna Rusiyaya qarşı dirənişdə ölkəsinə dəstək verilməsi üçün dünyaya çağırış edib. Anastasiya Lenna 2015-ci ildə “Miss Grand” Dünya gözəllik müsabiqəsində Ukraynanı təmsil edib. “Şərq” xarici mediaya istinadən xəbər verir ki, Anastasiya da hər bir ukraynalı kimi Rusiya təcavüzünə qarşı çıxaraq sivil dirənişə qatıldığını instagram hesabında bəyan edib. A.Lenna Kiyevdə xarabalığa çevrilmiş yaşayış binasının önündə əli silahlı fotosunu “Ukraynanı işğal etməyə gələn hər kəs öldürüləcək” sözləri ilə paylaşıb.  Anastasiya “Gerçək və güclü bir lider” olaraq tanıtdığı Ukrayna Prezidenti V.Zelenskinin hərbçilərlə birgə addımladığını əks etdirən fotonu da paylaşıb. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün  ianə toplanması müraciəti edib. Ukrayna gözəlinin 75 min izləyicisi var. Anastasiya bir müddət Türkiyədə model olaraq çalışıb. 5 əcnəbi dil bilən A.Lenna tərcüməçi kimi də işləyib. 

   Hazırda ABŞ-da yaşayan digər məşhur ukraynalı – aktrisa Mila Kunisin həyat yoldaşı, aktyor Ashton Kutcher də “Ukrayna yanındayıq, ürəklərimiz işğala qarşı mübarizə aparanlarla birlikdədir” mesajını paylaşıb.  38 yaşlı Mila Kunis – Milena Markovna Kunis Ukraynanın Çernivtsi şəhərində anadan olub. Milena 7 yaşında olarkən ailəsi ilə birlikdə ABŞ-a köçüb. Bu arada, “Tesla” və “SpaseX” şirkətlərinin sahibi ABŞ-lı milyonçu Elon Musk peyk internet sistemi “Starlink”in Ukraynada fəaliyyətini başladıb. Elon Musk bildirib ki, Ukrayna əhalisinin peyk internet imkanlarından istifadə edə bilməsi üçün xüsusi qrup göndərəcək.