112 illik “sistem” şüşəsi...


Qədim namazgahda tapıldı

   Çanaqqala döyüşlərinin yaşandığı tarixi Gelibolu yarımadasındakı Namazgah Tabyasının qala divarlarında (döyüşlərin getdiyi ərazidə qapalı istehkam) aparılan bərpa işləri zamanı 112 yaşı olduğu təxmin edilən infuziya şüşələri (sistem şüşəsi) tapılıb. Şüşələr tədqiqatdan sonra Çanaqqala Dastanı Tanıtım Mərkəzində sərgilənəcək. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi Bakanlığı tərəfindən Eceabat bölgəsi Kilitbahir kəndində o dönəmlərdə inşa edilmiş istehkamı əhatələyən qala divarlarında bərpa işləri aparılır. 

Bərpa işləri sırasında 1910-cu ildə paketlənmiş 10 santimetr ölçüdə, 2 infuziya şüşəsi aşkar edilib. Tarixi Ərazi üzrə başqan İsmayıl Kaşdemir tapıntı ilə bağlı məlumat verərək bildirib ki, ehtimal olunur ki, bu şüşələr əsgərlərə tibbi ləvazimat kimi paylanıb. Yaralı əsgərlərə sistem köçürülməsində çətinlik yaranmasın deyə, əsgərlərə onları çantalarında saxlamaq tapşırılıb. Maraqlı burasındadır ki, şüşələrin içindəki maye bugünədək keyfiyyətini itirməyib: “Burada tapılan hər bir əşyada qəhrəman mehmetciyin əl izləri, nəfəsi var. Bu ərazilər bizim üçün çox qiymətlidir” deyən İ.Kaşdemir aşkar edilən əşyaların Çanaqqala ruhunu, bu qəhrəmanlığın necə yazıldığını göstərir.