Böyük Britaniyanın baş naziri Boris Conson Varşavada Polşanın baş naziri Mateuş Moravetski ilə mətbuat konfransı keçirib.
"Sherg.az" "BBC"ə istinadən xəbər verir ki, Conson bildirib ki, Böyük Britaniya və başqalarının proqnozlaşdırdığı faciə indi Vladimir Putinin Ukraynaya müdaxiləsi ilə baş verib. O Hər şeyin gözlənildiyindən də pis olduğunu vurğulayıb:
“Aydındır ki, Putin qüllə bloklarını bombalamağa, uşaqları və günahsız mülki insanları öldürmək üçün barbar taktikalardan istifadə etməyə hazırdır”.
Britaniyanın baş naziri Rusiyanın Ukraynaya müdaxiləsini müzakirə etmək üçün Polşada avropalı müttəfiqləri ilə görüşüb.
Cəmilə ƏZİM