Rusiyanın “RT” kanalı İngiltərədəki bütün platformalardan çıxarılıb

Rusiyanın dövlət tərəfindən dəstəklənən televiziya kanalı “RT” Avropa İttifaqının sanksiyaları nəticəsində İngiltərədəki bütün platformalardan çıxarılıb. Buna görə də, rəsmi Moskva Britaniya hökumətini tənqid edib.

"Sherg.az" "BBC"ə istinadən xəbər verir ki, Birləşmiş Krallıq artıq Aİ-ə üzv deyil. Birlik Lüksemburq və Fransadakı peyk şirkətlərini hədəfə alıb. Bu şirkətlər “Sky”, “Freesat” və “Freeview” kanallarını “RT” ilə təmin ediblər.

“RT”nin baş redaktorunun müavini Anna Belkina Reuters"ə bu mövzuda münasibət bildirib:

"Rusiya kanalı Böyük Britaniyanın media azadlıqlarını məhdudlaşdırmaq cəhdlərində hər hansı legitimlik və ya səbəb gözləməyi çoxdan dayandırıb".

Müavin əlavə edib: "İndi görünür, İngiltərə, Brexit-i unudub və Avropanın qalan hissəsinə də təsir göstərməyə çalışır."

Cəmilə ƏZİM