Rusiya qoşunları mülki infrastrukturu da atəşə tutur  - Şahid

:
Ukraynada hərbi obyektlərlə yanaşı mülki infrastruktur obyektləri də Rusiya qoşunları tərəfindən aviasiya atəşinə tutulur.

Bunu Trend-ə hazırda Ukraynada olan Azərbaycan vətəndaşı Elçin Orucov deyib.

"Hazırda bombalanmaya məruz qalan digər şəhərlərdə olduğu kimi Lvovda da qalmaq təhlükəlidir. Ukraynada hərbi obyektlərlə yanaşı, mülki infrastruktur obyektləri də aviasiya atəşinə tutulur. İnsanlar təhlükə altındadır və hamının xilas olmaq imkanı yoxdur. Martın 4-də ailəm buranı tərk edərkən, Lvov şəhərində vəziyyət sakit idi, amma buna baxmayaraq, hərbçilərin Lvovadək gələ biləcəyi riski də var. Bundan başqa, atom elektrik stansiyası atəşə tutulub, yanğın baş verib. Xoşbəxtlikdən, stansiya partlamayıb. Hazırda mənim ailəm Varşavadadır və "AZAL"ın təxliyə reysi ilə vətənə yol salınmasını gözləyirlər", - deyə o bildirib.