DİN: Ukraynadan təxliyə edilən 1711 Azərbaycan vətəndaşı Türkiyəyə daxil olub

Ukraynadan təxliyə edilən 1711 Azərbaycan vətəndaşı Türkiyəyə daxil olub.

APA xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü İsmayıl Çataklı deyib.

O bildirib ki, Ukraynadan gələnlər arasında 447 Türkmənistan və 62 Gürcüstan vətəndaşı da var.

“Miqrasiya İdarəmiz fasiləsiz olaraq fəaliyyətini davam etdirir”, – Türkiyə DİN rəsmisi vurğulayıb.