Rusiya XİN Lavrov və Kulebanın Türkiyədə görüşəcəyini təsdiqləyib

Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Türkiyə xarici işlər nazirinin iştirakı ilə görüşü planlaşdırılır.
APA-nın Moskva müxbirinin yerli KİV-ə istinadən xəbərinə görə , bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı zamanı əldə olunmuş razılığa əsasən, Türkiyə liderinin təşəbbüsü ilə Antalya Diplomatiya Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə təmas planlaşdırılır”, - Zaxarova qeyd edib.