Rusiya Ukraynada xüsusi əməliyyatı dayandırmağın şərtlərini açıqlayıb


Rusiya Ukraynada xüsusi əməliyyatı dayandırmaqla bağlı şərtlərini açıqlayıb.

 Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Reuters” agentliyinə müsahibəsində bu şərtləri sadalayıb.

O deyib ki, əməliyyatın dayandırılması üçün Ukrayna hərbi fəaliyyətini dayandırmalı, neytrallıq statusunu Konstitusiyasında əks etdirməli, Krımı Rusiyanın tərkib hissəsi kimi, habelə Donetsk və Luqanskın müstəqilliyini tanımalıdır.