Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığında Rusiya ordusunun generalını öldürüblər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Öldürülən zabit Rusiyanın Mərkəzi Hərbi dairəsinin 41-ci ordu komandanının birinci müavini, qərargah rəisi, general-mayor Vitali Gerasimov olub.
Gerasimovla yanaşı, Rusiya ordusunun daha bir neçə yüksək rütbəli zabitinin öldürüldüyü və yaralandığı qeyd olunur.