“Bayraktar” Rusiya ordusuna məxsus texnikanı məhv etdi - VİDEO


Ukrayna ordusuna məxsus “Bayraktar TB2” pilotsuz uçuş aparatları Rusiya işğalçılarına qarşı döyüşlərdə fəal istifadə olunur.

“Bayraktar TB2”lərin təyin olunmuş hədəflərə zərbə endirməsinin növbəti görüntüləri yayılıb.

Görüntülərdə Ukrayna ordusu pilotsuz uçuş aparatı vasitəsilə Rusiya ordusuna məxsus texnikaya zərbə endirib. Zərbə nəticəsində “Buk-M2” zenit raket kompleksi məhv edilib.

Həmin görüntüləri təqdim edirik: