Pəncərədə oğlanlar üçün çılğın rəqs etmək istədi: Dəhşət yaşadı - VİDEO

Qadının çılğın rəqsi az qala onun həyatı bahasına başa gələcəkdi.

Sherg.az metbuat.az-a istinadən xəbər verir ki, sosial mediada yayılan görüntülərdə qadının pəncərədə çılğın formada rəqs etdiyi müşahidə edilib. Lakin müvazinətini itirən qadın yerə düşüb. Onun xəsarətlər aldığı bildirilir. İddialara görə, xanım həyətdəki oğlanların diqqətini çəkmək və evdəki rəfiqələrini əyləndirmək üçün belə çılğın rəqsə imza atmaq istəyib. Görüntülər ən çox izlənilən videolar arasında yer alıb. Qadının davranışı tənqid edilib.