İraq Kürdüstanının paytaxtı Ərbildə bu gün güclü partlayış baş verib. Yerli sakinlərin sözlərinə görə, ABŞ konsulluğuna hücum edilib.
APA-nın “Ren TV”yə istinadən verdiyi xəbərə görə, hələlik baş verənlərlə bağlı rəsmi versiya yoxdur.
ABŞ-ın Bağdaddakı səfirliyində həyacan siqnalı səslənib.
İraqda baş verən partlayışdan sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb.