Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı 1 717 hərbi cinayət işi araşdırılır


Rusiyanın Ukraynada törətdiyi 1,7 mindən çox hərbi cinayət işi araşdırılır.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə baş prokuror İrina Venediktova feysbuk sosial şəbəkəsində məlumat yayıb.

“Prokurorluq bizim ərazimizdə Rusiya Federasiyasının hər bir hərbi cinayətini qeydə alır. Hazırda 1 717 cinayət işi araşdırılır”, - baş prokuror bildirib.

Bunlardan 1 059-u müharibə qanunlarının və qaydalarının pozulması, 658-i isə digər cinayətlərə aiddir.

Venediktova, həmçinin “warcrimes.gov.ua” vahid ümummilli platformasında Rusiyanın hücumuna dair sübutların toplandığını xatırladıb.

“Əgər şahid və ya zərərçəkmisinizsə, foto və ya video sübutunuz varsa, ədalət cəbhəmizə qoşulun”, - o əlavə edib.