Argentinada əhalinin 80 faizi tam vaksin olunub

Argentina Səhiyyə Nazirliyi 6 yaşdan yuxarı uşaqların vaksiyasiyasında “Moderna” şirkətinin məhsullarından istifadə edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu ölkənin səhiyyə nazirliyi şirkətin vaksinlərini 6-12 yaşarası uşaqlara tətbiq etməyi planlaşdırır.

Nazilik “Moderna” şirkətinin istehsal etdiyi vaksinlərin səmərəli olduğunu bildirib. Uşaqlara vaksinlərin vurulması iki doza və 28 gün aralıq müddəti ilə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Argentinada uşaqlar 3 yaşından vaksin olunur. Ölkədə 5 yaşdan aşağı olan uşaqların vaksiyanasiyasında Çinin “Sinopharm” şirkətinin məhsullarından istifadə olunur. Yaşı 5-dən yuxarı olan uşaqlara isə ABŞ-ın “Pfizer” şirkətinin istehsal etdiyi vaksinlər vurulur.

Argentinada əhalinin 80 faizi tam vaksin olunub. Koronavirus pandemiyasının ilk günlərindən 8,97 milyon insan xəstəliyə yoluxub və onlardan 127 mini həyatını itirib.