Peskov: “Rusiya-Ukrayna danışıqları sabaha planlaşdırılıb”

“Hazırda Rusiya ilə Ukrayna arasında heç bir danışıq aparılmır. Danışıqlar bazar ertəsinə nəzərdə tutulub”.

APA-nın xəbərinə görə, bunu “Ria Novosti”yə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.


Qeyd edək ki, bu gün “Reuters” agentliyi Ukraynadakı mənbələrə istinadla 2 ölkə arasında danıçıqlar aparıldığı barədə məlumat yayıb.