22 erməni Rusiyanın İrəvandakı səfirliyi qarşısında Rusiyaya dəstək aksiyası keçirərək Ukraynaya qarşı müharibəyə yollanacaqlarını deyirlər. Keçmiş SSRİ-nin bayrağı və gerbi ilə aksiyaya gələn iştirakçılardan biri Ruben Tsaturyan jurnalistlərə bildirib ki, onlar Rusiyanın xüsusi hərbi əməliyyatında iştirak etmək üçün Donbasa getməyə hazırdırlar.
O qeyd edib ki, toplantı rus xalqı ilə həmrəyliyi ifadə etmək və Rusiya Prezidenti Vladimir Putinin siyasətini dəstəkləmək üçün həyata keçirilib.
Mənbə: RİA Novosti