Kadırov Ukrayna Təhlükəsizlik Xidmətini ələ saldı:“Keçmiş üsulla dərs veriblər” + Video

Müharibənin ilk günlərindən açıq şəkildə Rusiyanın mövqeyini müdafiə edən Çeçenistan prezidenti Ramazan Kadırov Ukrayna ərazisində olduğunu açıqlayıb.
“Sherg.az” NTV-ə istinadən xəbər verir ki, Ukrayna kəşfiyyatının Kadırovun Ukraynada ola biləcəyini açıqlamasından sonra sosial media hesabında paylaşım edən Kadırov Ukrayna ərazisində olduğunu açıqlayıb.

Kadırov sosial mediada çeçen əsgərlərlə görüşdüyü və Ukrayna Təhlükəsizlik Xidmətini ələ saldığı anların görüntülərini də paylaşıb:

"Zəkanız düzgün işləmir. Qostomeldəyik. Ötən gün siz Kiyev faşistlərindən 20 km aralı idik. İndi daha da yaxınlaşmışıq və təxmin edin ki, biz nə qədər yaxınlaşmışıq? Sizin kəşfiyyat xidmətiniz ümumiyyətlə, necə işləyəcəyini bilmir. Deyəsən, əcnəbi təlimatçılar və hərbi məsləhətçilər sizə dəbi keçmiş üsulla dərs veriblər”.

Kadırov açıqlamasının davamında Kiyev administrasiyasını hədələyib: 

"Bir anlıq dincələ bilərsiniz, çünki bizi axtarmaq lazım deyil. Biz sizi özümüz tapacağıq. Amma sizin çox vaxtınız yoxdur. Dəfələrlə təklif etdiyim kimi,  imtina edib bizimlə dayanasınız yaxşı olar, yoxsa sonunuz gələcək.  Təklif hələ də qüvvədədir. Amma uzun müddət davam etməyəcək”.