Makron özünü Zelenskiyə bənzətdi:"Cins şalvar, kapüşon və saqqal..."

Fransa prezidenti Emmanuel Makronun yeni görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub. 

Hər zaman kostyumla görməyə adət etdiyimiz Makron, bu dəfə cins şalvar, kapüşon və saqqallı görüntüsü ilə insanları təəcübləndirib.

“Sherg.az” xarici mediaya istinadən xəbər veriri ki, bu görüntülər Emmanuel Makronun rəsmi fotoqrafı tərəfindən yayımlanıb. Yelisey sarayında çəkilən fototlarda E.Makronun Ukrayna prezidenti Volodimir Zelenesikni yamsıladığı iddia edilir. Bəzi istifadiçilərin fikrinə görə isə Fransa prezidenti  sadəcə Zelenskidən ilhamlanıb.

Qeyd edək ki, Ukrayna prezidenti V.Zelenski müharibənin ilk günlərindən öz tərzi ilə diqqətləri öz üstünə çəkib. Yaşıl köynək, kapüşon geyinən, “selfie” videoları ilə çıxış edən Ukrayna lideri tez bir zamanda da qlobal  məşhurluq qazanıb.