Şamaxıda bıçaqlanma hadisəsi qeydə alınıb: ölən var

Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla iki qardaş 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

APA-nin sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupundan əldə olunan məlumata görə tərəflər mübahisə zəminində bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər.

Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.