“Etdiyimiz hər bir cinayətlərə görə hamımız mühakimə olunacağıq”
Rusiyalı hərbi əsirlər Ukraynada törədilən hadisələrə görə utanırlar. "Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, onlar Rusiyanın atdığı addımlar qarşısında qəmgin vəziyyətdədirlər. Əsirlərdən biri münasibət bildirib:
“Mən baş komandanımıza demək istəyirəm ki, Ukraynada terror aktlarını dayandırsın, çünki geri qayıdanda ona qarşı çıxacağıq. Etdiyimiz hər bir cinayətlərə görə hamımız mühakimə olunacağıq”.
Bunlar hazırda rəsmi Kiyevin əlində olan rus hərbi əsirlərinin səsləridir.
Onların ictimai çıxışları dövlətlərə hərbi əsirlərin alçaldılmasını qadağan edən Cenevrə Konvensiyalarına əsasən şübhə doğura bilər.
Yəni əsir götürülənlərə təzyiq olunduğu düşünülə bilinər.
Lakin CNN-ə danışan Rusiya Hərbi Hava Qüvvələrinin əsir götürülmüş 3 pilotu heç bir təzyiqdən danışmadılar. Onların sözləri daha əvvəl əsir götürülmüş rus hərbçilərinin fikirləri ilə səsləşir. Bildiriblər ki, müharibədə döyüşmək istəmirlər.
CNN-in həmin əsirlərlə müsahibəsi onların dərin narahatlıq keçirdiklərini, baş komandanları və Rusiya prezidenti Vladimir Putinin ünvanına sərt sözlər dediklərini ortaya qoyub.