Niderlandın baş naziri Mark Rütte martın 22-si Türkiyəyə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə M.Rütte ölkəsinin Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş baş tutacaq. Səfər martın 24-də NATO liderlərinin fövqəladə sammiti ərəfəsində baş tutacaq.