Böyük Britaniyada yanacağın qiyməti ən yüksək həddə çatıb

Böyük Britaniyada yanacağın qiyməti növbəti dəfə ən yüksək həddə çatıb.

Sherg.az azərtac-a istinadən xəbər verir ki, Britaniya Avtomobil Assosiasiyası ölkədə benzinin qiymətinin 1,64 funtu, dizelin isə 1,76 funtu keçərək bütün zamanların rekord səviyyəsinə çatdığını bildirib.

Mütəxəssislərin fikrincə buna səbəb Rusiya ilə Ukrayna arasında yaranan gərginlik fonunda neftin qiymətinin qalxmasıdır.

Həmçinin Böyük Britaniyada qaz və elektrik enerjisinin qiymətlərinin bu ilin aprelindən etibarən 54 faiz artacağı açıqlanıb.

Qeyd edək ki, Böyük Britaniyada yanacağın qiyməti ən son bu ilin fevral ayında qalxıb.