İranın sabiq təhlükəsizlik naziri vəfat edib

İranın sabiq təhlükəsizlik naziri Məhəmməd Məhəmmədi Reyşəhri vəfat edib.

APA-nın Tehran bürosunun xəbərinə görə, M.M.Reyşəhri ötən gecə 75 yaşında dünyasını dəyişib.

Onun Tehranda xəstəxanalardan birində vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri baş prokuror, təhlükəsizlik naziri və İranın Ali Liderinin nümayəndəsi vəzifələrində çalışıb.