Dördüncü rübdə Estoniyada saatlıq əmək xərcləri illik müqayisədə 7,8 faiz, avrozonada 1,9 faiz, Avropa İttifaqında (Aİ) isə bütövlükdə 2,3 faiz artım təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb.
Bildirilib ki, Estoniyada əməkhaqqı xərcləri həmin dövr ərzində 7,8 faiz, digər xərclər isə 7,6 faiz artıb.
Qeyd edilib ki, dördüncü rübdə əmək xərclərinin ən yüksək illik artımı Litvada (15,3 faiz), Bolqarıstanda (12,1 faiz) və Macarıstanda (11,3 faiz) qeydə alınıb. Yalnız Yunanıstanda əmək xərcləri 2,8 faiz azalıb.