ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyası öz fəaliyyətini dayandıracaq.
Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və ATƏT-in baş katibi Helqa Şmid məlumat verib.
Bildirilib ki, bu qərar missiyanın mandatının uzadılması ilə bağlı ATƏT-in Daimi Şurasında konsensusun olmamasından sonra verilib.
Qeyd olunub ki, missiya yerlərdə obyektiv məlumatların verilməsində, atəşkəsin təşviq edilməsində və münaqişənin mülki şəxslərə təsirinin azaldılmasında mühüm rol oynayıb.
Mənbə: TASS