Rusiyada keçirilməli olan Universiada təxirə salınıb

2023-cü ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilməsi planlaşdırılan Yay Universiadası təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) İcraiyyə Komitəsinin onlayn iclasında qərar qəbul edilib.

Universiada gələn il 7 - 19 avqustda gerçəkləşməli idi.