Bu şəhərlər işğaldan azad ediləcək - Zelenski

Qarşıda hələ çox iş var. Torpaqlarımızda olan işğalçılar qondarma əməliyyatlarının aşkar uğursuzluğunu hələ də dərk etmirlər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz hələ də döyüşməli və bütün qüvvələrimizi işğalçıları qovmaq üçün yönəltməliyik. Biz bunu edirik. Ukrayna azad olunacaq. Xerson, Nova Kaxovka, Melitopol, Berdyansk, Dneprudne və bütün digər müvəqqəti qəsb olunmuş şəhərlər, işğalçıların özlərini sahibi kimi göstərdikləri icmalar azad ediləcəklər”, - Zelenski qeyd edib.