Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 25100 nəfərə çatıb.
Gedən döyüşlərdə Rusiya ordusunun 1122 tankı, 2713 zirehli döyüş maşını, 509 artilleriya sistemi, 172 reaktiv yaylım atəşi sistemi, 84 HHM sistemi, 199 təyyarəsi, 155 helikopteri, 1 934 avtomobil texnikası, 11 gəmisi, 76 yanacaq-sürtkü materialları çəni, 341 kəşfiyyat PUA-sı, 38 xüsusi texnikası, 90 qanadlı raketi məhv edilib.