Ceyhun Bayramov Zəkiyyə İğılı qəbul edib
Ceyhun Bayramov Zəkiyyə İğılı qəbul edib
12:42 12.09.2024
Siyasət
396
Sentyabrın 12 -də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Zəkiyyə İğılı qəbul edib.
Sherg.az XİN-ə istinadən xəbər veir ki, görüşdə, Azərbaycan və Əlcəzair arasında mövcud əməkdaşlıq gündəliyinin inkişaf perspektivləri, habelə regional və qlobal məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov təyinatı münasibətilə səfir Zəkiyyə İğılı ürəkdən təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzu edib.
Cari ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu illər ərzində əməkdaşlığımızın inkişafında qarşılıqlı səfərlərin, habelə intensiv siyasi dialoqun əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Bir sıra istiqamətlər, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar və s., üzrə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğu, bu xüsusda imkanların müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət, postmünaqişə dövrünün reallıq və çağırışları, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb. İstər keçmiş münaqişə, istərsə də postmünaqişə dövründə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü və suverenliyimizə göstərilən dəstəyə görə Əlcəzair tərəfinə təşəkkür edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Fo
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol