AYNA: "Qırmızı-Körpü” gömrük postunda 400 avtomobil gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı-Körpü” gömrük postunda 400 avtomobil gözləyir.
“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Samur” gömrük postunda 23, "Mazımqara" gömrük postunda 6, "Biləsuvar" gömrük postunda 13, Astara" gömrük postunda isə 16 yük avtomobili gözləyir.

Bildirilir ki, Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” gömrük postunda gözləmədə olan yük avtomobili yoxdur.