Türkiyə ordusu İraqda daha 11 terrorçunu zərərsizləşdirib

Türkiyə Müdafiə Nazirliyi Suriyada PKK-ya qarşı əməliyyatlarla bağlı yeni məlumat yayıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, Türkiyə xüsusi təyinatlıları PKK-nın 11 terrorçusunu zərərsizləşdirib.

Terrorçular Suriyanın şimalında keçirilən əməliyyat çərçivəsində məhv edilib.

Mayın 4-də Türkiyə Müdafiə Nazirliyi Suriyanın eyni bölgəsində 24 yaraqlının məhv edildiyi barədə məlumat yaymışdı.

Türkiyə 2017-ci ildən bəri Suriyanın şimalında üç hərbi əməliyyat keçirib, nəticədə Hələbin şimalında təhlükəsizlik zonası yaradılıb, Afrin terrorçulardan təmizlənib.