Qeyri-adi QADAĞA! - Bu qəsəbədə pişiklər küçəyə çıxa bilməz

Almaniyanın “Walldorf” qəsəbəsində  pişiklərin küçəyə çıxmasına qadağa qoyulub.
“Sherg.az” NTV-yə istinadən xəbər verir ki,  səlahiyyətlilər, nadir görülən təpəli tarla quşunu çoxalma mövsümü boyunca qorumaq üçün pişikləri evdə saxlamaq qərarı alıb. Bu növ quşlar yuvalarını yerdə qurduqları üçün ovlanmaları asan olur.
Lakin bu qərarın 3 il davam etməsi pişik sahiblərini üçün müəyyən çətinliklər yaradıb. Yerli Heyvanları Qaorumaq dərnəyinin sədri bildirib ki, qərara etiraz etmək üçün qanuni addımlar atmağı planlaşdırır.