Türkiyə və Finlandiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Sauli Niinistö arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Liderlər Skandinaviya ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı fikir mübadiləsi aparıb.
Ərdoğan Niinistöyə deyib ki, terror təşkilatlarının təhlükəsinə məhəl qoymamaq NATO-nun ruhuna uyğun deyil.
Bundan əvvəl Ərdoğan İsveçin baş naziri Maqdalena Anderssonla telefonla danışıb və ölkəni terror təşkilatlarına dəstəyi dayandırmağa çağırıb.