Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyanın baş naziri Mario Draqi ilə telefonla danışıb.
APA-nın “Reuters“ə istinadən verdiyi xəbərə görə, tərəflər Rusiyaya qarşı sanksiyaların artırılmasının və Ukrayna limanlarının blokdan çıxarılmasının vacibliyini vurğulayıb.
Zelenski həmçinin Ukraynanın Avropa Birliyinə üzv olmasında dəstəyinə görə Draqiyə təşəkkür edib.