ABŞ səfiri Ceff Fleyk Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, səbəb səfirin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldakı mitinqindən əvvəl ABŞ vətəndaşlarına edilən xəbərdarlıqdır.