20-dən çox ölkə nüvə enerjisinin artırılması çağırışına qoşulub
Yusif Sultanoğlu
08:10 02.12.2023
Dünya
465
COP28 çərçivəsində 20-dən çox ölkə nüvə enerjisinin üç dəfə artırılması ilə bağlı çağırışa qoşulub.
APA xəbər verir ki, Dubayda keçirilən BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində 20-dən çox ölkə 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq üçün göstərilən səylərin bir hissəsi kimi dünyanın nüvə enerjisi gücünün üç dəfə artırılmasına çağırıb.
ABŞ-dan Qanaya, Yaponiyaya qədər və bir sıra Avropa ölkələri tərəfindən təsdiqlənən bəyannamədə nüvə enerjisinin karbon neytrallığı hədəfinə çatmaqda “əsas rol” oynadığı bildirilir.
"Biz heç kimə bunun bütün digər enerji mənbələrinə tam alternativ olacağına dair arqument irəli sürmürük”, - ABŞ-ın iqlim üzrə elçisi Con Kerri bildirib.
"Ancaq biz elmin, fakt və sübutların reallığına əsasən, anlayırıq ki, nüvə enerjisi olmadan biz 2050-ci ilə sıfır emissiya hədəfinə çata bilməyəcəyik", - o deyib.
Bəyannamənin məqsədi 2050-ci ilə qədər nüvə enerjisinin gücünü 2020-ci ilə nisbətən üç dəfə artırmaqdır.
Bəyannaməni imzalayan ölkələr arasında Böyük Britaniya, Bolqarıstan, Kanada, Çexiya, Finlandiya, Fransa, Macarıstan, Cənubi Koreya, Moldova, Monqolustan, Mərakeş, Hollandiya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İsveç, Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol