İrlandiyanın Baş naziri Kiyevdə səfərdədir

İrlandiyanın Baş naziri Mişal Martin Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu, onun Ukraynaya ilk səfəridir.

Hökumət başçısının Rusiyanın bombardumanı nəticəsində Kiyevdə dağıdılmış yerlərə baş çəkəcəyi gözlənilir.

M.Martin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Görüşdə İrlandiya və Avropa İttifaqının Ukraynaya cari və gələcək dəstəyi barədə müzakirələr aparılacaq.