İsrail və Türkiyə 1951-ci ildən bəri ilk aviasiya müqaviləsi imzalayacaqlar

İsrail və Türkiyə iyulun 7-də 1951-ci ildən bəri ilk yeni ikitərəfli aviasiya müqaviləsi imzalayacaqlar.
Bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.
“İsrail və Türkiyə bu gün (7 iyul 2022-ci il, cümə axşamı) əlaqələri gücləndirəcək və İsrailin (hava yollarına) Türkiyəyə uçuşları bərpa etməyə imkan verəcək 1951-ci ildən bəri ilk yeni ikitərəfli aviasiya sazişi imzalayacaqlar”, - deyə məlumatda bildirilir.
Mənbə: TASS