Aİ Ukraynadan 5,8 milyon ton taxıl ixrac edib

Avropa İttifaqı aprel ayından başlayaraq Ukraynadan 5,8 milyon ton taxıl ixrac edib.
"Report" xəbər verir ki, bunu Aİ-nin xarici siyasət komissarı Jozep Borrel tviterdə bildirib.
"Bizim həmrəylik xətlərimiz Ukraynanın köhnə taxıl ehtiyatlarını təmizləmək, idxal və ixrac axınını yaxşılaşdırmaq üçün çalışır. İyun ayında 2,5 milyon ton ixrac edilib. Tədarük həcmi təxminən iki dəfə artıb", - o əlavə edib.