"Mən seçilsəydim, Ukraynada müharibə olmayacaqdı "  - Tramp
 

2020-ci ildə yenidən prezident seçilsəydim, Ukraynadakı münaqişəyə icazə verməzdim.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

"Co Bayden administrasiyası dövründə ölkə tənəzzülə uğradı. İnflyasiya rekord qırır, yanacağın qiymətləri isə inanılmaz sürətlə artır. Ukraynaya gəlincə, regionda vəziyyət daha da pisləşəcək. 2020-ci il seçkiləri başqa cür bitsəydi, bunun qarşısını almaq mümkün olardı", - Tramp bildirib.