Bodrumda meşəlik ərazidə yanğın baş verib

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşəlik ərazidə yanğın baş verib.

Trend xəbər verir ki, bölgəyə yeddi təyyarə, altı helikopter və 20-dən çox yanğınsöndürən maşın cəlb edilib.

Ynağın qurudan və havadan müdaxilələrdən sonra söndürülüb.

Yanğının 2 hektar meşə massivinə zərər verdiyi bildirilib.

Yanğının səbəbi məlum deyil.