Tbilisinin mərkəzində yaşayış binası yanır

Tbilisinin mərkəzində, Tamar küçəsindəki çoxmərtəbəli binada yanğın baş verib.

AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, yanğının söndürülməsinə 6 yanğınsöndürmə və xilasedicilər briqadası cəlb olunub.

Binanın girişindəki taxta pilləkən və məhəccər yandığı üçün bina sakinləri yanğınsöndürmə briqadalarının nərdivanları vasitəsilə təxliyə olunurlar.

Xilas olmaq üçün özünü ikinci mərtəbənin pəncərəsindən atan bir qadın ağır yaralanıb, onlarla insan tüstüdən zəhərlənib.

Yanğın paytaxtdakı mərkəzi bazarın yaxınlığında baş verdiyi üçün bazarda çalışan və ya alver edən insanlar arasında da zəhərlənənlər var.

Binanın birinci mərtəbəsindəki bir neçə mənzil, o cümlədən kommersiya şirkətlərinə məxsus bir neçə obyekt tam yanaraq yararsız hala düşüb.

Yerli sakinlərin sözlərinə görə, yanğına elektrik xətlərində baş verən qısa qapanma olub.