Qazaxıstanda şəkər qıtlığı yarandı - VİDEO

Qazaxıstanın Karaqanda şəhərində şəkər qıtlığı yaranıb.

Mağazalarında bu ərzaq məhsulunu əldə etmək üçün izdihamın yaranmasını əks etdirən görüntülər yayılıb.

Bəzi alıcılar bu məhsulu müəyyən olunmuş normadan artıq götürməyə cəhd ediblər.

Karaqanda Şəhər Aparatının Sahibkarlıq İdarəsi bildirib ki, bu gün regionun ticarət anbarlarında 440 ton şəkər var. Topdansatış tədarükçüləri daha 1088 ton (16 vaqon) məhsulun pulunu ödəyib və şəkər yoldadır.
Həmçinin, sabitləşdirmə fondunda da 160 ton şəkər saxlanılır.