500 milyard dollara başa gələcək LAYİHƏ - FOTO

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın 2017-ci ildə elan etdiyi “Line” adlı meqa şaquli şəhər layihəsindən reklam kadrları yayımlanıb. Layihənin təxminən 500 milyard dollara başa gələcəyi hesablanıb. Şəhərin 9 milyon insanı qəbul etməsi və tamamilə bərpa olunan enerjidən istifadə etməsi planlaşdırılır.

“Sherg.az” NTV-yə istinadən xəbər verir ki, ekspertlərin fikrincə, bu layihə real və gerçəkçi deyil. Təfərrüatları açıqlanan layihəyə görə, onun eni cəmi 200 metr, yüksəkliyi isə 170 km-ə çatacaq. Bura yollar, avtomobillər və ya adi karbon emissiyalı nəqliyyat vasitələri daxil olmayacaq. Yüksək sürətli dəmir yolu nəqliyyatından istifadə ediləcək. Şəhər gücünü 100 faiz bərpa olunan enerjidən alacaq və sıfır emissiya hədəfi ilə ətraf mühitə qarşı mümkün qədər təmiz olacaq.

Bəs Bin Salmanın layihəsi nə dərəcədə realdır?

 Layihəyə şübhə ilə yanaşanlar bunun sadəcə futuristik bir xəyal olduğunu iddia edirlər. Mütəxəssislər bu tip təcrid olunmuş urbanizasiyanı Marsda yaşamağa bənzədirlər. Onu da vurğulayırlar ki, kağız üzərində sadalanan xüsusiyyətlər kifayət qədər yaxşı səslənsə də, layihə insanların şəhərdən çıxmaq istəyinə məhəl qoymur.

Layihə ilə bağlı tənqidlər olsa da, artıq tikinti işlərinə başlanılıb. Şəhərin 2030-cu ilə qədər 1,5 milyon insanın yaşaya biləcəyi vəziyyətə çatacağı bildirilir.