Çində 900-dən çox yaşı olan ən uzun taxta körpü yanıb

Çinin ən uzun taxta körpüsü sayılan “Pingnan Vanan” yanğın nəticəsində tamamilə dağılıb.

Azərtac xəbər verir ki, bu barədə TASS informasiya agentliyində məlumat verilib. Yanğının ötən gecə başladığı, bu günə kimi tam söndürüldüyü və tələfatın olmadığı bildirilib.

Ümumi uzunluğu 98,2 metr, eni 4,7 metr olan körpünün 917 il əvvəl (960-1279) tikildiyi bildirilir. “Pingnan Vanan” Çində ən uzun tağlı taxta körpü hesab olunurdu.